Xəbər verdiyimiz kimi, Türkiyə millisi ötən gecə Avro-2024-ün semə mərhələsində Latviyanı darmadağın edib - 4:0. Bununla da xallarının sayını 16-ya çatdıran qardaş ölkə yığması turnirin əsas mərhələsinə vəsiqəni təmin edib.
Newsport.az xəbər verir ki, Türkiyə yığmasının baş məşqçisi Vinçenso Montella görüşdən sonra komandanın bu uğuru barədə danışıb. O deyib:
"Türkiyə millisinin baş məşqçisi olduğum üçün qurur duyuram. Biz birlik yaratmağa çalışdıq. İndi dünyanın ən xoşbəxt insanıyam. Amma düzəltməyimiz lazım olan 1 şey var - 1:0-dan sonra bir az geri çəkilmişdik. Birlikdə məşqlər etdikcə bunları inkişaf etdirəcəyik".
Qeyd edək ki, Montella sentyabrın 21-də Türkiyə millisinin baş məşqçisi təyin olunub.