Trampdan növbəti titul

2019-cu ilin dünya çempionu Cad Tramp snuker üzrə Çində keçirilən “Wuhan Open” turnirinin qalibi olub. İdmançı həmyerlisi, 2008 və 2012-ci il dünya çempionatının finalçısı Alister Karter üzərində inamlı qələbə qazanıb. Görüş 10:7 hesabı ilə başa çatıb.

Final matçının ilk sessiyasından sonra Karter 5:4 hesabı ilə öndə olub.

Cad Tramp ardıcıl ikinci titulunu qazanıb. Bir həftə əvvəl idmançı “İngiltərə Açıq turniri”nin də qalibi olmuşdu. Ümumilikdə Tramp snuker turnirlərində 25-ci titulunu əldə edib.

Tramp “Wuhan Open”də qazandığı qələbəyə görə 140 min funt sterlinq alacaq. O, həm də dünya reytinqində dördüncü yerini qoruyub saxlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right