Xorvatiya millisinin və “Real”ın yarımmüdafiəçisi Luka Modriç peşəkar karyerasında 1000-ci oyununa çıxıb. Newsport.az xəbər verir ki, AVRO-2024-ün seçmə mərhələsində Uelslə görüş 38 yaşlı futbolçu üçün yubileylə əlamətdar olub.
Komandasının 1:2 hesabı ilə məğlub olduğu qarşılaşmada Modriç start heyətində meydana girib.
Qeyd edək ki, Luka Modriç 2012-ci ildən “Real”ın formasını geyinir.