AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində bu gün VIII turun daha 7 oyunu keçiriləcək.
Newsport.az xəbər verir ki, B, F və J qruplarında görüşlər olacaq.
B qrupunda Yunanıstan final mərhələsinə vəsiqəni rəsmiləşdirə bilər. Bunun üçün komanda öz meydanında Niderlanda minimum 4 top fərqi ilə qalib gəlməlidi.
F qrupunda Azərbaycan millisinin qonağı olacaq Avstriya isə Bakıdan 3 xalla ayrılarsa, Almaniyadakı qitə birinciliyində iştirak hüququna yiyələnəcək.
AVRO-2024-ün seçmə mərhələsi
VIII tur
16 oktyabr
B qrupu
22:45. Yunanıstan – Niderland
22:45. Cəbəllütariq – İrlandiya
F qrupu
20:00. Azərbaycan – Avstriya
22:45. Belçika – İsveç
J qrupu
22:45. Bosniya və Herseqovina – Portuqaliya
22:45. İslandiya – Lixtenşteyn
22:45. Lüksemburq – Slovakiya