“Onun vurduğu qolları görəndə əsəbiləşirəm” “Barselona”nın futbolçusu

“Barselona”nın müdafiəçisi Andreas Kristensen “Real”ın yarımmüdafiəçisi Çud Bellingemin mövsümün əvvəlindəki çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, danimarkalı futbolçu, Bellingemin göstərdiyi nəticələri görəndə əsəbiləşdiyini bildirib:

“Onun göstərdiyi nəticələri və vurduğu qolları görəndə əsəbiləşirəm. Son vaxtlar demək olar ki, həmişə qol vurur və matçların nəticəsini həll edir. İndiyə qədər onun neçə qol vurduğunu da bilmirəm”.

Bellingem bu mövsüm bütün turnirlərdə 10 matçda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right