Feliks “Barselona”da qalacaq

“Barselona” hücumçu Joao Feliksi heyətində saxlamaq istəyir.

Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisi mövsümün sonuna kimi “Atletiko”dan icarəyə götürülən Feliksin oyunundan razı qalıb. Kataloniyalılar portuqaliyalı futbolçunu heyətdə saxlamaq istəyir.

Ola bilsin ki, “Barselona” Feliksin icarə müddətini uzatmağa çalışacaq, lakin sonradan satın almaq hüququ ilə 23 yaşlı oyunçunu transfer edəcək.

Feliks 2023/24 mövsümündə bütün yarışlarda 8 matçda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right