“Yuventus” “Şaxtyor”un yarımmüdafiəçisi Georgi Sudakovla maraqlanır.
Newsport.az-ın məlumatına görə, Turin təmsilçisi 21 yaşlı futbolçu üçün artıq hərəkətə keçib.
“Qoca sinyora” transferi qışda reallaşdırmaq istəyir.
Ukrayna millisinin də üzvü olan futbolçu “Yuventus”a keçməyə razılıq verib. Amma İtaliya klubu “Şaxtyor”un istədiyi transfer məbləğini ödəməlidir.