"Monako"nun sabiq çalışdırıcısı özünə yeni iş yeri tapdı

"Reyncers"in baş məşqçinin adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, Şotlandiya nəhəngi Filipp Klementlə anlaşıb. 

Onunla dörd mövsümlük müqavilə imzalanıb. Bu ilin iyun ayında "Monako"dan ayrılan Klement işsiz qalmışdı. 

49 yaşlı belçikalı mütəxəssis "Brügge", "Vaasland-Beveren", "Genk" klublarını çalışdırıb.

“Reyncers” Şotlandiya çempionatının turnir cədvəlində 2-ci yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right