“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro Braziliya millisinin heyətində zədələnib.
Newsport.az-ın məlumatına görə, Venesuela ilə oyunda (1:1) meydana start heyətində daxil olan 31 yaşlı futbolçu 79-cu dəqiqədə əvəzlənib. Baş məşqçi Fernando Diniz bildirib ki, Kazemironun topuğunda problemlər var.
Kazemiro bu mövsüm Premyer Liqada 8 matçda iştirak edib və 1 qol vurub.