UEFA “Fənərbaxça”nın baş məşqçisini cəzalandırdı

“Fənərbaxça”nın baş məşqçisi İsmayıl Kartal UEFA tərəfindən cəzalandırılıb.

Newsport.az-ın məlumatına görə, buna səbəb İstanbul klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” (Nilderland) ilə oyunda (1:0) meydana gec çıxması olub.

Komandanın meydana nəzərdə tutulan vaxtdan bir dəqiqə gec çıxmasında baş məşqçinin məsuliyyət daşıdığı bildirilib. O, bir oyunluq şərti cəza alıb. Sınaq müddəti isə bir il təyin edilib. İsmayıl Kartal 25 min avro cərimə də edilib. “Fənərbaxça” isə 28 min avro cərimələnib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right