“İngiltərə ilə oyun bizim üçün çox önəmli olacaq” Luçano Spaletti

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti AÇ-2024-ün seçmə mərhələsində Malta ilə oyun (4:0) haqda danışıb.

Newsport.az-ın məlumatına görə, 64 yaşlı mütəxəssis komandasının inkişaf etdiyini bildirib:

“Əhəmiyyətli olan heç bir risk etmədən və matça yüngül yanaşmadan üç xal əldə etmək idi. Komanda yaxşı inkişaf edir. Bir-birini daha yaxından tanımaq istəyən futbolçuların olduğu aydındır. Yaxşı futbol oynadıq. İngiltərə ilə oyun bizim üçün çox önəmli olacaq”.

10 xalı olan İtaliya millisi 5 oyundan sonra C qrupunda ikinci pillədə qərarlaşıb.

Növbəti oyunda Spalettinin yetirmələri səfərdə İngiltərə ilə qarşılaşacaq, Malta isə Ukraynanı qəbul edəcək. Hər iki görüş oktyabrın 17-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right