“Arsenal”ın hücumçusu Eddi Nketia London klubu haqqında fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, ingiltərəli futbolçu komandasını sevdiyini söyləyib:
“Mən bu klubu sevirəm. London mənim evimdir, bu klub mənim evimdir, mən bütün həyatım boyu “Arsenal” azarkeşi olmuşam, bu da mühüm rol oynayıb. Baş məşqçi mənə güvəndiyini söyləyib”.
24 yaşlı hücumçu 2019-cu ildən “Arsenal”da çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 11 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib.