Ulduz futbolçu karyerasını başa vura bilər

Dopinq tesi pozitiv çıxan "Yuventus"un üzvü Pol Poqba peşəkar karyerasını başa vura bilər.

Newsport.az "Tutto Sport"a istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçini 4 ilə qədər futboldan uzaqlaşdırma cəzası gözləyir. Cəza veriləcəyi təqdirdə ulduz futbolçu 30 yaşında karyerasına yekunlaşdıracaq.

Qeyd edək ki, Pol Poqbanın "Udineze" ilə oyundan sonra verdiyi testin nəticəsinə görə onda dopinq aşkarlanmışdı. Futbolçunun təkrar verdiyi test də pozitiv çıxıb.


 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right