Üç illik fasilədən sonra milliyə dəvət edildi

“Roma”nın futbolçusu Stefan El Şaaravi İtaliya millisinə dəvət edilib.

Newsport.az “FIGC”ə istinadən xəbər verir ki, buna səbəb isə “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali və “Aston Villa”nın cinah futbolçusu Nikolo Zaniolonun qeyri-qanuni mərc oyunlarına görə şübhəli olduqları üçün millidən kənarlaşdırılmalarıdır.

Üç ildir ki, milliyə cəlb olunmayan Əl-Şaaravi artıq düşərgəyə qoşulub. Qeyd edək ki, italyanlar oktyabrın 14-də Maltanı qəbul edəcək, 17-də isə səfərdə İngiltərə ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right