Moldova yığmasının baş məşqçisi Aleksandr Kurtiyan istefaya göndərilib.
Newsport.az Moldova Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna yığmanın AVRO-2016-nın seçmə mərhələsində uğursuz çıxışı səbəb olub.
Bu səbəbdən federasiya rəhbərliyi 2014-cü ildən Moldova millisini çalışdıran 41 yaşlı mütəxəssislə yolları ayırmaq qərarına gəlib. Moldova yığması AÇ-2016-nın seçmə mərhələsinin qalan iki matçına rumın məşqçi Ştefan Stoykanın rəhbərliyi altında çıxacaq.
Qeyd edək ki, Moldova millisi AVRO-2016-nın seçmə mərhələsinin geridə qalan 8 turundan sonra 2 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.