Qvardiola "Mançester Siti"də qalacaq?

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola klubu ilə müqavilə müddətini artıra bilər.

Newsport.az "The Times"a istinadən xəbər verir ki, "şəhərlilər" yaxın günlərdə ispaniyalı məşqçi ilə danışıqlar aparacaq.

Klub rəhbərliyi onun müqavilə müddətini 2027-ci ilə qədər artırmaq niyyətindədir. 52 yaşlı məşqçinin "Mançester Siti" ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədər qüvvədədir.  

O, “Barselona” və “Bavariya"nı çalışdıqdan sonra 2016-cı ildə İngiltərə klubuna keçmişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right