“İnter Mayami”nin yarımmüdafiəçisi Fakundo Farias Lionel Messi ilə eyni komandada oynamasından danışıb.
Newsport.az-ın məlumatına görə, argentinalı futbolçu, Messinin əla komanda yoldaşı olduğunu bildirib:
“Messinin oyunundan həzz almalısan. O, futbolun ən yaxşısıdır. Onun ətrafında olmaq çox böyük şansdır. O, əla komanda yoldaşıdır. Mən Messidən çox şey öyrənirəm”.
Messi “İnter Mayami” ilə 2025-ci ilin sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb. 36 yaşlı futbolçu komandanın heyətində 13 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.