"Arsenal"da sentyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Newsport.az klubun saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğuda Bukayo Saka ən yaxşı seçilib. O, ötən ay 3 qol vurub, 3 qolu ötürməsini verib.
8 turdan sonra "Arsenal" Premyer Liqanın turnir cədvəlində 20 xalla 2-ci pillədə qərarlaşıb.