Keçmiş futbolçu klub rəhbərliyini tənqid etdi “Şokolad çöpdən hazırlana bilməz”

“Ayaks”ın sabiq müdafiəçisi Ronald de Bur klub rəhbərliyini cari mövsümdə uğursuz nəticələrə görə kəskin tənqid edib.

Newsport.az-ın məlumatına görə, keçmiş futbolçu “Ayaks”a görə narahat olduğunu bildirib:

“Komandaya bu qədər oyunçuları cəlb etmək və onların ən yüksək səviyyədə çıxış edəcəklərini düşünməyin mənası yoxdur. Bu sərt səslənə bilər, amma şokolad çöpdən hazırlana bilməz. Mən situasiyadan çox narahatam, bunun hara aparacağını bilmirəm”.

“Ayaks” Niderland çempionatında keçirdiyi 6 oyundan sonra cəmi 5 xalla 16-cı yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right