"Qalatasaray"ın hücumçusu Mauro İkardi karyerasını ispaniya La Liqasında davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, "Betis" argentinalı forvardın xidmətində maraqlıdır. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.
İspaniya klubu 30 yaşlı ön xətt oyunçusu üçün qış transfer pəncərəsi zamanı "sarı-qırmızılar"a təklif göndərəcək. Lakin İstanbul təmsilçisinin ulduz futbolçunu buraxacağı real görünmür.
Qeyd edək ki. Mauro İkardi cari mövsümdə "Qalatasaray"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.