Türkiyənin "Samsunspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə. Super Liqa təmsilçisini Markus Gisdol çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Alman mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Markus Gisdol son olaraq Moskva "Spartak"ını çalışdırıb.