Avstriyanın daha bir futbolçusu millimizə qarşı oynamayacaq

Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq Avstriya seçməsi daha bir itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, yığmanın yarımmüdafiəçisi Gernot Trauner sıradan çıxıb. "Feyenoord"un futbolçusu zədələnib. 31 yaşlı ön xətt oyunçusu millinin düşərgəsini tərk edib.

David Alaba, Stefan Poş, Marko Arnautoviç, Kərim Onisivo və Filipp Mvenenin də matçda iştirak etməyəcəkləri açıqlanmışdı.

Oktyabrın 13-də Belçikanı qəbul edəcək Avstriya yığması bundan 3 gün sonra Azərbaycan millisinin qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right