"Napoli"nin legioneri İtaliya vətəndaşlığına sahib çıxdı

"Napoli"nin yarımmüdafiəçisi Piotr Zielinski İtaliya vətəndaşlığına sahib çıxıb.

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi ötən həftə pasportun təqdimat mərasimində iştirak edib.

Keçən il o, ölkədə 10 ildən çox yaşamaq tələb olunan vətəndaşlıq üçün hazırlıq imtahanı verib. Oyunçu dil biliyi tələbini də yerinə yetirib.

Polyak 12 ildir ki, İtaliyada yaşayır və burada ailə həyatı qurub. Zielinski 2012-ci ildən "Napoli"də çıxış edir.

29 yaşlı futbolçu peşəkar karyerasın 2012-ci ildə "Udineze"də başlayıb. O, 2014-2016-cı illərdə “Empoli”də icarə əsasında oynadıqdan sonra 2016-cı ildə “Napoli”yə keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right