"Bavariya"nın müdafiəçisi Dayo Upamekano zədələnib.
Newsport.az-ın məlumatına görə, fransalı futbolçu 2-3 həftəlik sıradan çıxıb.
Onun sol budunun əzələsi dartılıb. Belədə, futbolçu Fransa millisinin qarşıdakı oyunlarında iştirak etməyəcək.
Xatırladaq ki,fransalı Bundesliqanın 7-ci turunun "Frayburq"la oyununun (3:0) 77-ci dəqiqəsində əvəzlənmişdi.