“Bavariya”nın hücumçusu Harri Keyn özü ilə Almaniyaya beş nəfərdən ibarət xüsusi komanda aparıb. Newsport.az xəbər verir ki, ingiltərəli forvard diqqətini kluba 100 faiz cəmləmək üçün bu addımı atıb.
Həmin komandanın tərkibinə mühafizəçi, fitnes və fizioterapiya mütəxəssisləri, həmçinin öz həkimi daxildi. Ailə Münhendə ev tapdıqdan sonra Keynə şəxsi məşqçi də qoşulacaq.
30 yaşlı futbolçu Münhenə mümkün qədər tez uyğunlaşmaq istəyir və komanda yoldaşları ilə daha yaxşı ünsiyyət qurmaq üçün alman dili dərsləri alır. Klub daxilində Tomas Müller Keynin ən yaxın dostu hesab olunur.
Qeyd edək ki, Keyn yayda “Tottenhem”dən 100 milyon avro müqabilində “Bavariya”ya keçib. Onun almanlarla müqaviləsi 2027-ci ilin yayına kimidi.