Antonio Konte İtaliya A Seriyasında çalışa bilər. Newsport.az xəbər verir ki, bu barədə "Sky Sport Italia" məlumat yayıb.
Xəbərə görə, baş məşqçisi Rudi Qarsiya ilə vidalaşmağı planlaşdıran "Napoli" Kontenin xidmətində maraqlıdır.
Qeyd edək ki, 54 yaşlı italiyalı mütəxəssisin son iş yeri "Tottenhem" olub. O, postundan martda ayrılıb.