Xorvatiya milli komandasının yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, Niko Kovaçın istefa verməsindən sonra boş qalan posta Ante Kaçiç gətirilib. Xorvatiya Futbol Federasiyasının rəsmi saytının yaydığı məlumata görə, Kaçiçlə 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatının sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Xorvatiya milli komandasının baş məşqçisi Niko Kovaç Bakıda Azərbaycan millisi ilə (0-0), və Norveçlə (0-2) oyunlarından sonra istefa vermişdi.