PSJ-nin hücumçu Kilian Mbappe ardıcıl 4 oyundu qol vurmur. Newsport.az xəbər verir ki, bu, onun 2018-ci ildən bəri ən pis qolsuzluq seriyasıdı.
Fransa millisinin üzvü həmin vaxt ardıcıl beş görüşdə fərqlənə bilməyib.
Mbappe 2018-ci ilin yayından PSJ-də çıxış edir. Onun müqaviləsi mövsümün sonuna kimidi. 24 yaşlı futbolçu bu mövsüm 9 oyunda 8 qol vurub.
Qeyd edək ki, PSJ Liqa 1-in VIII turunda “Renn”ə qalib gəlib.