“Napoli”də baş məşqçi dəyişikliyi ola bilər. Newsport.az xəbər verir ki, Rudi Qarsiyanın istefaya göndərilməsi gündəmdədi.
Hətta neapollullar yeni çalışdırıcını da müəyyənləşdiriblər. Qarsiya qovulsa, bu vəzifəyə Antonio Kontenin gətirilməsi nəzərdə tutulub. Digər potensial namizəd İqor Tudordu.
“Napoli”nin prezidenti Aurelio De Laurentiis Konteni dəvət etməkdə şəxsən maraqlıdı və 54 yaşlı mütəxəssisin bütün maliyyə tələblərini təmin etməyə hazırdı.
Qeyd edək ki, “Napoli” hazırda A seriyasında 5-ci yerdədi.