“Real” yaxın vaxtlarda hücumçusu Vinisius Juniorla müqavilənin uzadıldığını elan edəcək. Newsport.az xəbər verir ki, Braziliya millisinin üzvünün təqdimat mərasimi ötən həftə keçirilməli idi.
Lakin “kral klubu”nun prezidenti Florentino Peresin koronavirusa yoluxması səbəbindən tədbir ləngiyəcək. Peres sağaldıqdan sonra mərasim təşkil olunacaq.
Yeni müqaviləyə əsasən, Vinisiusun təzminat məbləği 1 milyard avro təşkil edəcək.
Qeyd edək ki, “sambaçı” 2018-ci ildən “Real”da çıxış edir. Onun hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır.