Saka İngiltərə millisinin düşərgəsindən ayrıldı

"Arsenal"ın futbolçusu Bukayo Saka oktyabrdakı matçlarda İngiltərə millisinə kömək etməyəcək.

Newsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Qaret Sautqeyt “Arsenal”ın “Mançester Siti” ilə matçını buraxan Sakanı Avstraliya ilə cümə günü keçiriləcək yoldaşlıq görüşü və İtaliya ilə (17 oktyabr) Avropa çempionatının seçmə oyunu öncəsi milli komandanın düşərgəsinə çağırıb. Amma millinin tibbi heyəti onun öz klubuna qayıtmasına icazə verib.

Futbolçunun reabilitasiyasına öz klubunda davam etdirməsi qərara alınıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right