Futbol üzrə Avropa çempionatı Türkiyədə

Futbol üzrə 2032-ci Avropa çempionatı Türkiyə və İtaliyada keçiriləcək.

Newsport.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

UEFA-nın İdarə Heyətinin İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahındakı iclasında ev sahibliyinə namizəd ölkələr yekun təqdimatlarla çıxış ediblər. Türkiyəni iclasda Türkiyə Futbol Federasiyası prezidenti Mehmet Büyükekşi, vitse-prezident Mustafa Eröğüt, baş katib Kadir Kardaş, futbol səfiri olan "Hatayspor" baş məşqçisi Volkan Demirel təmsil edib. 

2028-ci ildəki Avropa çempionatının isə Böyük Britaniya və İrlandiyada təşkil olunacağı vurğulanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right