"Şalke"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komandaya Karel Herarts baş məşqçilik edəcək. Onunla 2025-ci ilin yayınadək müqavilə imzalanıb. 41 yaşlı mütəxəssis bu vəzifədə sentyabrın 27-də istefaya göndərilən Tomas Raysı əvəzləyib.
Herarts məşqçilik fəaliyyətinə ötən il başlayıb. O, Belçika "Yunion"una baş məşqçilik edib.
Qeyd edək ki, "Şalke" 9 turdan sonra 2-ci Bundesliqanın turnir cədvəlində 16-cıdır.