“İnter Mayami”nin kapitanı Lionel Messi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Newsport.az xəbər verir ki, argentinalı hücumçu ərəb ölkəsində çıxış edən bir neçə klubun maraq dairəsindədi.
MLS-də mövsüm başa çatmaq üzrədi və yeni sezonun startına qədər Səudiyyə Ərəbistanı klubları Messini icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, “İnter Mayami” MLS-də pley-offa vəsiqə şansını, demək olar ki, itirib. Bu da o deməkdi ki, Messi uzun müddət istirahət edəcək.