“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsini 2027-ci ilə qədər uzatmaq istəyir.
Newsport.az xəbər verir ki, bu barədə jurnalist Əli Əl-Hərbi məlumat yayıb. Bildirilib ki, 38 yaşlı futbolçu 2026-cı ildə keçiriləcək dünya çempionatında oynamağı hədəfləyir və bundan sonra karyerasını başa vurmağı planlaşdırır. Ronaldo bütün bu dövrü “Əl-Nəsr”də oynamağa hazırdır.
Portuqaliyalı oyunçunun hazırkı müqaviləsi 2025-ci ilə qədərdir. O, 2023-cü ilin yanvarında Səudiyyə Ərəbistanı çempionatına keçib.
Bu mövsüm Ronaldo “Əl-Nəsr”in heyətində 11 oyuna çıxıb, 11 qol vurub və 6 qolun ötürməsini verib.