"Qarabağ"ın legionerləri milli komandalara dəvət aldılar

"Qarabağ"ın dörd legioneri ölkələrinin milli komandalarına çağırılıb.

Newsport.az-ın məlumatına görə, Marko Yankoviç Monteneqro millisinin oktyabrın 12-də Livan ilə beynəlxalq yoldaşlıq, oktyabrın 17-də isə AVRO-2024-ün seçmə mərhələsində Serbiya ilə oyunlarına dəvət alıb.

Luka Quqeşaşvili Gürcüstan millisinin oktyabrın 12-də Tailand ilə beynəlxalq yoldaşlıq, oktyabrın 15-də isə AVRO-2024-ün seçmə mərhələsində Kipr ilə oyunlarına çağırılıb.

Leandro Andrade və Patrik Andrade Kabo Verde millisinin oktyabrın 12-də Əlcəzair, oktyabrın 17-də Komor adalarına qarşı yoldaşlıq oyunlarına dəvət ediliblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right