"Beşiktaş"da ciddi itki Derbidə oynamayacaq

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az-ın məlumatına görə, "qara qartallar"ın futbolçusu Salih Uçan sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi Super Liqanın 8-ci turunun "İstanbulspor"la matçında (2:0) əzələsindən zədə alıb. Təcrübəli oyunçunun müalicəsinə başlanılıb.

Türkiyə millisinin üzvü 21 oktyabr tarixində Super Liqanın 9-cu turu çərçivəsində "Qalatasaray"la keçiriləcək derbi oyununu buraxacaq.

Qeyd edək ki, Salih Uçan cari mövsümdə "Beşiktaş"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right