Renat Dadaşov İkardi və Ceko ilə birlikdə rəmzi heyətdə Foto

Türkiyə Super Liqasında 8-ci turun rəmzi heyəti müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, başa çatan həftənin simvolik "11-liyi"ndə Azərbaycan millisinin hücumçusu Renat Dadaşova da yer verilib.

"Hatayspor"da çıxış edən 24 yaşlı forvardın "Konyaspor"la oyundakı performansı 8,1 xalla qiymətləndirilib.

Qeyd edək ki, Renat Dadaşov komandasınnı 3:1 hesablı qələbə qazandığı matçda 2 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right