Mahirdən qol ötürməsi, "Dinamo" qələbə qazandı

Futbol üzrə Xorvatiya çempionatında 10-cu turun oyunları davam edir.

Newsport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" doğma meydanda "İstra"nı qəbul edib. Qarşılaşma Zaqreb təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, komandasının 2-ci qolunun məhsuldar ötürməsini edib.

Xallarını 19-a yüksəldən "Dinamo" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right