Novruzovun komandası yenə uduzdu

Litva 1-ci liqasında 25-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı hücumçu Nurlan Novruzovun formasını geyindiyi “Yonava” da növbəti matçına çıxıb.

Sözügedən komanda evdə “Vilnüs”lə qarşılaşıb və 0:3 hesablı məğlubiyyətə üzülüb.

Nurlan da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

“Yonava” hazırda 11 xalla sonuncu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right