“Roma”nın baş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanı çempionatında mümkün işləməklə bağlı sualı cavablandırıb.
Newsport.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis Səudiyyə Ərəbistanında işləyəcəyinə inandığını deyib:
“İndi mən “Roma”dayam və bu komandanı düşünürəm. Gələcəkdə nə olacağını heç kim bilmir. Amma Səudiyyə Ərəbistanında işləyəcəyimə inanıram. Əminəm ki, bunu edəcəm”.
Mourinyonun çalışdırdığı “Roma” İtaliya A Seriyasında 13-cü yerdədir. Komanda 7 turdan sonra 8 xal toplayıb.