“Bu, doğru vaxtdır” Runi

Ueyn Runi “Di Si Yunayted” klubunun baş məşqçisi postunu tərk edib. Tərəflər bu barədə qarşılıqlı qərara gəlib.

Newsport.az-ın məlumatına görə, 38 yaşlı ingilis mütəxəssis komanda ilə yollarını ayırması haqda açıqlama verib:

“Bu, doğru vaxtdır. Komandanın pley-offa yüksəlməsi üçün hər şey etdim. Ona görə də, vaxt yetişib”.

“Di Si Yunayted” 40 xalla MLS Şərq Konfransının turnir cədvəlində 9-cu yerdədir. Komanda pley-off mərhələsinin 1/16 finalına yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right