ABŞ-ın “Di Si Yunayted” klubu baş məşqçi Ueyn Runi ilə vidalaşıb.
Newsport.az-ın məlumatına görə, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Vaşinqton təmsilçisi 37 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında vidalaşdıqlarını bildirib.
Runi ötən ilin yayında baş məşqçi təyin olunmuşdu.