Kadidən "Qarabağ"la bağlı paylaşım

Deyəsən, Kadi Borges hələ də “Qarabağ”ı unuda bilmir. Hər halda braziliyalı legionerin parladığı komandanın oyunlarını davamlı izləməsi belə düşünməyə əsas verir.

Newsport.az-ın məlumatına görə, 27 yaşlı vinger son olaraq “Hekken”lə matç üçün bilgisayarın arxasına keçib. Və ağdamlıların Avropa Liqasının qrup mərhələsində İsveç təmsilçisini məğlub etdiyi matçı (1:0) "CBC Sport" kanalının efirindən canlı izləyib.

O, bu barədə fotonu öz sosial şəbəkə hesabından “Uğurlar, qardaşlar” başlığı ilə paylaşıb. Kadi 2021-ci ilin yayından 2023-cü ilin yanvar ayına kimi “Atlılar”ın şərəfin qoruyub. O, bu müddətdə 28 qol, 28 asistlə yadda qalıb. Qısa müddətdə parlamağı bacaran cənubi amerikalı 5 milyon avro qarşılığında Rusiyanın “Krasnodar” komandasına transfer olunub. Bu, nəinki “Qarabağ”, hətta Azərbaycan futbol tarixinin ən bahalı transferi kimi tarixə keçib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right