Ağır məğlubiyyətdən sonra bütün komanda istefa verdi

Bolqarıstanın "Ludoqorets" klubu Avropa Konfrans Liqası qrup mərhələsinin ikinci turunda "Norşellann"a səfərdə 1:7 hesabı ilə məğlub olub.

Newsport.az xəbər verir ki, Bolqarıstan təmsilçisində acı məğlubiyyətin nəticələri ağır olub. Ölkədə böyük tənqidlərə məruz qalan klubun rəhbərliyi, idarə heyəti və məşqçilər korpusu istefa verib.

Klubun rəsmi saytından verilən açıqlamada ağır məğlubiyyətin səbəbinin bütün klub funksionerlərində olduğu bildirilib.

Qeyd edək ki, "Ludoqorest" ölkə çempionatında 10 turdan sonra 20 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Komanda Konfrans Liqasında isə 2 turdan sonra 3 xalla 3-cü sıradadır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right