Şahruddin "Trabzonspor" üzərində qələbəni kənardan izlədi

Türkiyə Super Liqüasında 8-ci tura start verilib.

Newsport.az xəbər verir ki, "Adana Demirspor" doğma meydanda "Trabzonspor"u qəbul edib. Qarşılaşma "mavi şimşəklər"in minimal hesablı qələbəsi ilə başa çatıb.

"Adana Demirspor"da çıxış edən Şahruddin Məhəmmədəliyev görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Xallarını 17-yə yüksəldən "Adana Demirspor" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 12 xalı olan "Trabzonspor" isə 5-ci yerdədir.

"Adana Demirspor" - "Trabzonspor" 1:0

Qol: Luis Nani, 29

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right