Şahruddinin komandası "Trabzonspor"u məğlub etdi

Türkiyə Super Liqasında 8-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, bu gün Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" doğma meydanda "Trabzonspor"u qəbul edib. Qarşılaşma Adana təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Şahruddin bu görüşün iştirakçısı olmayıb. 29 yaşlı qolkiper matçı ehtiyat oyunçular skamyasından izləyib.

Xallarını 17-yə yüksəldən "Adana Demirspor" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right