"Barselona" "Çelsi"nin futbolçusunu istəyir

İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisinin əsas hədəfi müqavilə ilə "Çelsi"yə məxsus olan Andrey Santosdur. Bu barədə "Sport" nəşri məlumat yayıb.

"Barselona" 19 yaşlı yarımmüdagfiəçiyə Serxio Busketsin davamçısı kimi baxır. Klubun idman direktoru Deko gənc oyunçunun meneceri ilə görüş keçirəcək.

Qeyd edək ki, Andrey Santos icarə əsasında "Nottingem Forest"də çıxış edir. Btaziliyalı futbolçu Premyer Liqada debüt etməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right