"Barselona"da Levandovski şoku

İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, Kataloniya təmsilçisinin hücumçusu Robert Levandovski sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı forvard Çempionlar Liqası qrup mərhələsinin ikinci turunun "Portu" ilə matçında (1:0) zədələnib. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı müalicə prosesindən asılı olacaq.

Qeyd edək ki, Robert Levandovski cari mövsümdə "Barselona"nın heyətində meydana çıxdığı 10 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right