“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand İngiltərə klubunun Çempionlar Liqasının qrup mərhələsində “Qalatasaray”a məğlubiyyətindən (2:3) danışıb.
Newsport.az-ın məlumatına görə, o, “qırmızı şeytanlar”ın çıxışını biabırçılıq kimi qiymətləndirib:
“Qalatasaray”a “kredit” vermək lazımdır, fürsət düşdükcə “Mançester Yunayted”i cəzalandırdılar. Bir dəqiqəliyə komanda potensialını və müsbət bir şey göstərir, amma sonra dərhal başımı tuturam. Bu komandada təşkilati işlər yoxdur.
Biabırçılıq! Bu, Çempionlar Liqasıdır. Təhlükə, boşluq hiss etmirsizsə, cəzalandırılacaqsız, “Qalatasaray”la matçda gördüyümüz kimi”.